• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

Premyer-liqa / Yazarlar

4-10-2022, 20:0

“Futbol+”in dəyərli oxucularına təqdim etdiyim son yazım “Qarabağ” - “Neftçi” qarşılaşması barədə idi.

Komandaların şanslarına toxunaraq vurğulamışdım ki, görüşün əhəmiyyəti “ağ-qaralar” üçün xüsusilə böyükdü. Həmin oyuna qədər xallar eyni idi. Lakin itirilməmiş xalların sayına görə ağdamlılar rəqibini qabaqlayırdı. Heç şübhəsiz, az adam “Turan Tovuz”un təxirə salınan oyunda “Qarabağ”ı büdrədə biləcəyinə inanır. Buna görə də “Neftçi” vəziyyəti düzgün qiymətləndirib “Qarabağ”la oyuna ciddi yanaşardı, ən xırda nüansı belə öz xeyrinə çevirməyə çalışardı. Əbəs yerə ötən yazımda vurğulamamışdım ki, “Neftçi” Azərbaycan derbisində xal itirsə, bunun əsas günahkarı komandanın rumıniyalı baş məşqçisi Laurentsiu Regekampf olacaq. Niyə belə düşündüyümü yazının gedişində oxucuların diqqətinə çatdıracam. Təxminlər doğruldu, “Qarabağ” “Azərsun Arena”dan rəqibini əliboş yola saldı. Halbuki bu görüşdə xal qazanmaqla “ağ-qaralar” həm intiriqanı, həm də özlərinin qızıl medallara şanslarını qoruyacaqdı. Təsadüfi deyil ki, bu məğlubiyyətdən sonra bakılılar heç ikinci pillədəki yerini də qoruya bilmədi, üçüncü yerə gerilədi.

Nə üçün bunu təsadüf saymıram? “Neftçi” bu mövsüm əsas rəqiblərinin ikisinə də uduzub. Azərbaycan çempionatı ilə yaxından maraqlanan hər kəs bu fikrimlə razılaşar ki, cari mövsümdə çempionluq mübarizəsində olan üçüncü komanda “Sabah”dı. “Qarabağ”ın hər iki rəqibindən şanslı və təcrübəli olduğu məlumdu. Amma “Neftçi” ilə “Sabah”dan fərqli “köhlən atlar” avrokuboklarda mübarizəni davam etdirir. Deməli, hələ bir müddət Qurban Qurbanovun yetirmələri iki “cəbhə”də mübarizə aparmalıdı. Belə məqamda “Sabah”la “Neftçi” işin ciddiyyətini anlamalı, fürsəti düzgün dəyərləndirməlidi. “Sabah” bunu az-çox bacarır, amma “Neftçi” sanki indidən taleyi ilə barışıb, çempionluq iddiasından əl çəkib. Daha doğrusu, Regekampf. Rumıniyalı mütəxəssisin bu qarşılaşmadan öncə verdiyi açıqlamanı oxumuşduz. Çiynində dağdan ağır məsuliyyət olan çalışdırıcı deyirdi ki, “Qarabağ”la oyuna xüsusi yanaşmağa, hansısa gücləndirilmiş hazırlıq keçməyə ehtiyac görmür, əsas rəqiblə oyuna sıradan bir qarşılaşma kimi yanaşır.
Bəli, hər bir mütəxəssis bunu deyə, rəqibinin gücünü azaltmağa çalışa bilər. Bununla da bir növ rəqibin bostanına daş atmış olursan. Amma kim sənə deyir ki, belə həssas məqamda dediyinlə əməlin üst-üstə düşsün? Dildə bir söz de, lakin əməldə fərqli davran da. Komandanı təxminən üç ay əvvəl qəbul edən bir məşqçi öz işinə və yetirmələrinin hazırlığına daha ciddi yanaşmağa borcludu. Özü də səni əsas rəqibinlə oyun gözləyirsə, məsuliyyətli olmalısan. Bəs Regekampf nə etdi? Milli komandaların oyunları ilə bağlı yaranan fasiləni dəyərləndirmək əvəzinə ölkəsinə yollandı. Halbuki burda qalmaqla həm rəqibi daha yaxşı təhlil edər, həm düşərgədə qalanları oyuna, həm də özü taktiki-texniki məşqlərin nəzəriyyəsini hazırlayardı. Əvəzində ölkəsinə getdi və orda birinci həyat yoldaşıyla dalaşdı, küçənin ortasında ona zor tətbiq etməyi, qadına əl qaldırmağı özünə sığışdırdı. Bu əməlinə görə hər kəs onu qınadı. Gözləmək olardı ki, “Neftçi” rəhbərliyi də baş məşqçidən hesabat tələb edəcək, ölkənin ən qocaman klubunun imicinin qayğısına qalacaq. Onlar da sanki hər kəsə acıq verirmiş kimi Buxarestə yollandı və Regekampfın yeni evliliyindən doğulan uşağının xaç suyuna salınması mərasiminə qatıldı. Üstəlik kameraların önündə xoşbəxt sima ilə poza verdilər.

Həmin vaxt “Qarabağ” və onun baş məşqçisi nə edirdi? Qurban Qurbanov düşərgədə qalan, milli komandalara yollanmayan futbolçularına istirahət verdi. Həmin istirahətdən sonra məşqlər bərpa olundu və eşitdiyimə görə, futbolçular öz aralarında ikitərəfli oyun da keçirdilər. Vətənində həyat yoldaşına əl qaldıran, daha sonra uşağını xaç suyuna salan Regekampf gəzib-dolanıb gələndən sonra komandasını “Qarabağ”la oyuna hazırladı. Bu laqeydliyin nə ilə nəticələndiyini də “Azərsun Arena”da gördük. Rumıniyalı çalışdırıcı bu məsul oyuna o qədər etinasız yanaşmışdı ki, üst-başına əl gəzdirməyi unutmuşdu. Çalışdırıcı diqqət mərkəzində olduğu qarşılaşmaya qeyri-ciddi geyimdə, məşq kostyumunda çıxmış, şalvarının bir ayağının ətəyi topuğundan da xeyli yuxarı qalxmışdı. Əlbəttə, bütün bunlar onun şəxsi işidi. Yoldaşıyla dalaşmaq da, uşağını məhz indiki məqamda xaç suyuna salmaq da, hamının maraqla gözlədiyi qarşılaşmaya o cür geyimdə çıxmaq da rumıniyalının seçimidi. Amma bütün bunlardan sonra “Qarabağ” kimi ciddi rəqibi məğlub etməyə ümid edə bilməzsən, cənab Regekampf. Əməllərinin “mükafatı” əsas rəqibə boyun əymək, ilk dövrəni üçüncü pillədə bitirmək perspektividi. Bu məğlubiyyətin əsas cavabdehi olduğunuzla razılaşın. Ümid edirəm ki, sonrakı peşmanlığın fayda vermədiyini bilirsiz.

AMAL

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

1-10-2022, 16:0

“Neftçi” “davam” deyəcək, yoxsa... - KÖŞƏ

Manşet / Yazarlar

1-10-2022, 11:0

Azərbaycan derbisində kim üstündü? - TƏHLİL

Premyer-liqa

22-06-2022, 11:0

Yeni baş məşqçi "Neftçi"də bu qədər qazanacaq

Premyer-liqa

3-10-2022, 11:0

"Qarabağ" ardıcıl 5-ci dəfə "Neftçi"ni məğlub edərək rekord təzələdi

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə