• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” “davam” deyəcək, yoxsa... - KÖŞƏ

Manşet / Yazarlar

1-10-2022, 16:0

Fasilə bitdi, seyrə davam edirik. Milli komandaların oyunları ilə bağlı Azərbaycanda və Avropanın əksər ölkələrində çempionatlara verilən fasilələri nəzərdə tuturam.

Bəli, yığmaların oyunları hər nə qədər maraqlı keçsə də, daxili çempionatlardakı gərginliyin yerini vermir. Üstəlik Millətlər Liqasının sönük, heç nəyin həll etməyən qarşılaşmaları fanatların futbola ehtiyaclarını heç ödəmir. Ona görə də səbirsizliklə fasilənin bitməsini, klubların yenidən meydana çıxmasını arzulayırdıq. Nəhayət, gözlənilən an yetişdi. Dünən keçirilən “Səbail” - “Qəbələ” qarşılaşmasıyla Azərbaycan premyer-liqası da qaldığı yerdən davam edir. Etiraf etmək lazımdı ki, yeni mövsüm son illərdə izlədiyimiz çempionatlara nisbətən daha maraqlı keçir. Bunun da fərqli səbəbləri var.

Əsas səbəblərdən biri, heç şübhəsiz, “Turan Tovuz”la “Kəpəz”in elitaya gətirilməsindən sonra say artımıdı. Bu artım həm də bölgələrə böyük futbolun qayıdışını şərtləndirən amildi. Düzdü, məlum səbəblərdən “Kəpəz” hələ də doğma azarkeşlərinin önündə oynaya bilmir. Gəncəli futbolsevərlər doğma komandalarının oyunlarına həsrət qalıb. Səbəb də odu ki, “Kəpəz”i çempionata tələm-tələsik buraxdılar. Nədənsə lisenziyalaşdırmanın tələbləri bu dəfə yada düşmədi. Bir də gözümüzü açıb gördük ki, elita təmsilçisinə çevrilən “Kəpəz”in stadionunun tribunaları qəzalı vəziyyətdədi, komandanın heç avtobusu yoxdu. Qərb bölgəsinin digər təmsilçisi “Turan Tovuz”un da avtobusu yoxdu, komanda səfər oyunlarına icarəyə götürülən avtobusla gedir. Amma “Turan Tovuz”un stadionu yaxşı vəziyyətdədi, tovuzlular doğma komandalarına dəstək verəcək qədər şanslıldılar. Bu da ona görə mümkün olub ki, AFFA UEFA-nın ayırdığı yardım sayəsində Tovuzdakı stadionu təmir edib. Avropadan gələn pul olmasaydı, indi “Turan Tovuz”u da “Kəpəz”in aqibəti gözləyirdi. Bütün bu problemlər öz yerində. Çempionatı daha maraqlı edən başqa amillərə nəzər yetirək. Onda görürük ki, “Sabah” əməlli-başlı güclənib, çempionluq mübarizəsinə müdaxilə edəcək kimi görünür. “Qəbələ”nin heyəti və büdcəsi kasad görünsə də, adından söz etdirir.

Sözsüz, güclü və maraqlı Misli premyer-liqası üçün “Neftçi” amili önəmlidi. Bunu illər öncə yazmışam, hər fürsətdəcə dilə gətirmişəm. İki mövsüm öncə “Neftçi” “Qarabağ”a əməlli-başlı rəqabət təklif edə bildi, Bolqarıstandan gələn Əhməd Əhmədovun həlledici qoluyla çempionluq kubokunu rəqibinin əlindən aldı. Diqqət yetirin, bundan sonra “Qarabağ” daha da gücləndi, çempionata xeyli ciddi yanaşmağa başladı. Elə bunun da nəticəsi idi ki, qaçırılan çempionluq ötən mövsüm geri qaytarıldı. Üstəlik “köhlən atlar” avrokuboklarda da yetərincə inamlı təsir bağışlayır. Ötən il Konfrans Liqasında qrupdan çıxmağı bacaran “Qarabağ” bu yay da azarkeşlərini coşdurdu, Çempionlar Liqasının qrupunun kandarından qayıtdı. Heç şübhəsiz, Ağdam təmsilçisinin belə güclənməsində “Neftçi”nin rəqabətədavamlı səviyyəyə çatması, daxili çempionatda rəqabət yaranması əhəmiyyətli rol oynayır. Buna görə də çox istərdik ki, “Neftçi” sükanı belə saxlasın, bu mövsüm də çempionluq yarışı son turlara qədər davam etsin.

Az əvvəl qeyd etdiyim kimi, “Sabah”ı da çempionluq yarışında görürük. Lakin bu məsələdə bir qədər ehtiyatlı davranmağa məcburuq. Çünki ötən mövsüm də “Sabah” yaxşı transferlər etmiş, mövsümə yaxşı hazırlaşmışdı. Di gəl ki, sonda Masazır təmsilçisi nə mükafat qazandı, nə də avrokuboklara vəsiqə. Ona görə də “Sabah”ın birdən-birə qızıl medallar uğrunda yarışa biləcəyini demək risklidi. Bu mənada nəzərlərimiz yenidən “Neftçi”yə çevrilir. Yeni baş məşqçi Laurentsiu Regekampfın, eləcə də ötən mövsümün gedişində kluba idman direktoru vəzifəsinə gətirilən Zaur Əzizovun və bu yay heyətə qatılan yeni transferlərin qarşısında mühüm vəzifə dayanır. Azarkeşlərin onlara ümidi böyükdü. Ən azı bu ümidləri doğrultmaq üçün sona qədər mübarizə aparmaq lazımdı. Şəxsən mənim üçün “Neftçi”nin bunu bacarıb-bacarmayacağını demək çətindi. “Ağ-qaralar” bu mövsüm də avrokuboklarda uğursuzluqla üzləşdi. “Sabah”la görüşdəki 1:2 hesablı məğlubiyyət də komandanın iddialarının üzərinə qara kölgə saldı. Düzdü, lider “Qarabağ”la xal fərqi yoxdu, “köhlən atlar” 7 turun nəticələrinə görə “Neftçi”ni yalnız topların daha yaxşı fərqinə görə qabaqlayır. Sadəcə, “Qarabağ” “Neftçi”dən bir oyun az keçirib, Qurban Qurbanovun komandasının “Turan Tovuz”la görüşü təxirə salınıb.

Deməli, itirilən xalların hesabatını aparsaq, “Neftçi”nin “Qarabağ”dan 3 xal geridə qaldığını qəbul etməliyik. Bu mənada “Azərsun Arena”da keçirilən qarşılaşmanın “Neftçi” üçün əhəmiyyəti böyükdü. “Ağ-qaralar” bu görüşdə məğlub olsa, ən böyük cavabdeh Regekampf sayılacaq. Bu barədə “Neftçi”nin “davam, yoxsa tamam” sualına hansı cavabı verəcəyini biləndən sonra danışarıq.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

22-07-2022, 16:0

Azərbaycan premyer-liqasında yeni mövsümün təqvimi açıqlandı

Premyer-liqa

15-07-2022, 19:0

Azərbaycan premyer-liqasında ilk üç turun oyunları açıqlandı

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə