"Əhval-ruhiyyəmiz yaxşıdı"

2.10.2022 14:35 402
Premyer-liqa
"Kəpəz"in futbolçusu Elçin Əlicanov klubun mətbuat xidmətinə açıqlama verib.

O, bu gün keçiriləcək “Sumqayıt” ilə oyunöncəsi fikirlərini bölüşüb:

“Milli komandaların oyunları səbəbindən çempionatda yaranan fasiləyə görə matça hazırlaşmaq üçün daha çox vaxtımız olub. Ötən tur “Şamaxı” ilə görüşdə qazandığımız qələbə bizə motivasiya verib. Hazırlıq proseslərində məşqçilərin verdiyi tapşırıqları tam şəkildə yerinə yetirməyə çalışmışıq. Bizi Sumqayıtda çətin oyun gözləyir. İnşallah, orda da qələbə qazanmaq istəyirik. Əhval-ruhiyyəmiz yaxşıdı. Bunun oyunumuza təsiri olacaq. Son oyunlarda əsas heyətdə çıxış edirəm. Etimad göstərdiyi üçün baş məşqçimizə minnətdaram. Çalışıram ki, mənə bəslənən inamı tam doğruldam. Əlimdən nə gəlirsə, onun maksimumunu etməyə çalışıram. Oyunumla üzərimə düşəni edib komandaya kömək etməyə səy göstərirəm”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul