Millimizin futbolçusu klubundan ayrıldı

30.09.2022 16:08 302
Dünya futbolu
Azərbaycanın U-21 millisinin hücumçusu Mustafa Yıldırım “İstanbulspor”dan ayrılıb.

"Football-plus.az" xəbər verir ki, 20 yaşlı hücumçu klubdan ayrılması haqda sosial şəbəkədə paylaşım edərək bunları yazıb:

"İstanbulspor"la olan sözləşməmə qarşılıqlı razılıq əsasında xitam verildi. Bu günə qədər mənə etdikləri hər şey üçün kluba təşəkkür edirəm".


Qeyd edək ki, “Alanyaspor”un yetirməsi olan türkiəli futbolçu “İstanbulspor”la müqavilə imzalasa da, icarə əsasında “Pazarspor” çıxış edirdi.