Luiş Fiqu dünya rekorduna adını yazıb.
Football-plus.az xəbər verir ki, portuqaliya yığmasının sabiq yarımmüdafiəçisi, necə deyərlər, göyün 7-ci qatında futbol oynayıb!
Qeyri-adi hadisə ilə bağlı xəbəri “The Guardian” yayıb. İngiltərə qəzeti 49 yaşlı Fiqunun Yaxın Şərq, Avropa və Latın Amerikasından olan daha 7 futbolçu ilə birlikdə komanda yaratdığını xəbər verib. Onlar yerdən 6 kilometr 166 metr hündürlükdə futbol oynayıblar. Matç təyyarənin içərisində xüsusi quraşdırılmış 75 kvadratmetrlik meydançada keçirilib.
“The Guardian”ın məlumatında bu faktın Ginnesin Rekordlar Kitabında ən yüksək hündürlükdə və 0 çəki şəraitində futbol oynamaq rekordu kimi qeyd olunacağı bildirilir. Maraq üçün onu da bildirək ki, Fiqu tarixi oyunda qol da vurub.