"Çalışacağıq ki, yaxşı nəticə əldə edək" - Emin Mahmudov

21.09.2022 21:27 427
Yığma / Manşet
Millətlər Liqasının 5-ci turunun oyunlarına start verilir.

Millimiz Slovakiya ilə qarşılaşacaq. Oyundan öncə yığmamızın futbolçusu Emin Mahmudov mətbuat konfransında iştirak edib. O, düşüncələrini bölüşüb:

“Baş məşqçi necə oynayacağımızı izah edib. Çalışacağıq ki, onun verdiyi tapşırıqları yerinə yetirək. Sözün həqiqi mənasında “vuruşaq” və yaxşı nəticə əldə edək”.