Millimizin rəqiblərinin oyununda 8 qol

21.09.2022 17:58 365
19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyunlarına start verilib.

"Footbal-plus.az" xəbər verir ki, bu gün Azərbaycan millisinin yer aldığı ikinci qrupda ilk matç baş tutub. Türkiyə və Lüksemburqun U-19 yığma komandalarının görüşü 4:4 hesablı bərabərliklə başa çatıb.

Azərbaycan millisi də bu gün ilk oyununa çıxacaq. Yığma Bakı vaxtilə saat 18.00-da seçmə mərhələyə ev sahibliyi edən Bolqarıstanla üz-üzə gələcək.