“İnter”in hücumçusu məşqə başladı

20.09.2022 19:30 321
Dünya futbolu
“İnter”in məşqçiləri sevinc içindədilər.

Komandanın hücumçusu Romelu Lukaku məşqə başlayıb. O, zədə səbəbindən bir aydan çox müddətdə yaşıl meydanlardan uzaq düşmüşdü. Belçikalı futbolçu bu mövsüm milanlılara A seriyasında yalnız 3 oyunda kömək edib və 1 qol vurub. Lukakunun bu liqanın oktyabrın 1-də “Roma” ilə keçiriləcək oyununda meydana çıxmaq şansı var.