Ançelotti ilə bağlı yeni plan

20.09.2022 12:58 417
Dünya futbolu
Karlo Ançelottinin fəaliyyəti “Real”ın bosslarını çox qane edir.

Football-plus.az xəbər verir ki, onunla bağlı yeni plan hazırlanıb.

“Marka” qəzetinin xəbərində rəhbərliyin italyan baş məşqçi ilə müqaviləni yeniləmək niyyətində olduğu bildirilib. 63 yaşlı Ançelottinin hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, ötən mövsüm komandanı İspaniya çempionatında və Çempionlar Liqasında çempionluğa daşıyıb.