Fransa mənbələri PSJ rəhbərliyinin Lionel Messiyə yeni təklif irəli sürəcəyini xəbər verib.
"Football-plus.az" xəbər verir ki, klubun idman direktoru Luiş Kampuş bu məsələ haqda belə deyib:
“Messidən çox razıyam. Ondan komandada daha üç il qala bilib-bilməyəcəyini soruşmuşam. Biz qələbələri sıralamasaq və digər oyunçuların satışını həyata keçirə bilməsək, belə yüksək səviyyəli futbolçunu qoruya bilmərik. Klubun iqtisadi problemləri ortaya çıxa bilər. Messi “Barselona”nın ikonasıdı. O, bir il əvvəl fərqli şəhərə, fərqli futbolun oynandığı liqaya gəlib. Bu mövsüm əvvəlki yüksək səviyyəsinə qayıda bilər. Ona təklimizi irəli sürmüşük. Lioneli sıralarımızda necə saxlayacağımızı bilirik”.