73 yaşında karyerasını başa vurdu

18.04.2022 16:53 457
Dünya futbolu
Nil Uornok məşqçilik karyerasını başa vurub.

O, bu qərarı 73 yaşında verib. İngiltərəli mütəxəssis məşqçiliyə 1980-ci ildə “Qeynsbro Triniti”də başlayıb. Əsasən aşağı liqalarda çıxış edən komandaları çalışdırıb.

Onun başçılıq etdiyi klublar sırasında “Şeffild Yunayted”, “Lids”, “Kristal Pelas” və KPR də olub. Uornokun sonuncu iş yerinin 2020/21 mövsümündə çalışdırdığı “Midlsbro” olduğunu da qeyd edək.