• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə Yusuf Dəmiri necə əldən verib? - TƏHLİL

Dünya futbolu / Manşet

15-09-2022, 17:0

''Qalatasaray''ın ötən tur səfərdə ''Kasımpaşa''nı 3:2 hesabıyla məğlub etdiyi qarşılaşmadan sonra baş məşqçi Okan Burukun Yusuf Dəmirlə bağlı dediyi sözlər Türkiyə futbolunda yeni polemikaya səbəb oldu.

Football-plus.az xəbər verir ki, oyunçu həmin görüşdə 77-ci dəqiqədə meydana çıxaraq superliqada debüt etmiş və qısa müddət ərzində oyunu ilə diqqəti çəkməyi bacarmışdı. Buruk istedadlı oyunçunun başqa yığmada oynamasını tənqid etmiş və eyni zamanda Türkiyə vətəndaşlığına malik olan bir futbolcunun superliqada əcnəbi statusu daşımasının qəribə olduğunu vurğulamışdı.

Bu sözlərdən sonra türkiyəli həmkarlarımız 19 yaşlı futbolçunun necə və nə vaxt əldən çıxdığını araşdırmağa başladı. Yusuf Dəmir bir müddət öncə 6 milyon avroya ''Rapid''dən ''Qalatasaray''a transfer olunub. O, Türkiyədə bu yay (Jedson Fernandeş və Lukas Torreyra ilə birlikdə) ən baha qiymətə alınan üç oyunçudan biridi. Xatırladaq ki, ötən mövsümü icarə əsasında ''Barselona''da keçirən 2003-cü il təvəllüdlü vinger Avstriyanın paytaxtı Vyanada doğulub. Artıq Avstriyanın əsas yığmasında 4 oyun keçirdiyi üçün ''ay-ulduzlular''ın qapısı onun üçün bağlanıb! FİFA-nın qaydalarına görə bir yığmada ən azı 4 oyun keçirmiş futbolçunun başqa yığmada oynaması mümkün deyil. Srağagün Dəmir Avstriyanın U-21 yığmasına dəvət alıb.

Bəs türklər gənc istedadı necə əldən verib?

Türkiyə mətbuatının yazdığına inansaq, 2020-ci ildə yığmanın o dönəmdəki baş məşqçisi Şenol Günəş Yusufu izləmək və onun ailəsi ilə söhbət etmək üçün Vyanaya yollanmağı planlaşdırırdı. Amma pandemiyanın araya girməsi və səyahətlərə qadağa qoyulması onun bu planının baş tutmasına mane oldu. Bir neçə ay sonra Yusufun ailəsi ilə yığmanın məşqçilər korpusu arasında Samsunda görüş baş tutdu. Görüş xoş məcrada keçdi və ailəsi də futbolçunun Türkiyə yığmasında oynamasının tərəfdarı idi. Amma bu dəfə Türkiyənin aşağı yaş qruplarından ibarət yığmalarına cavabdehlik daşıyan Tolunay Kafkas Yusufun mövqeyində çoxlu oyuncu olduğunu bildirərək bu futbolçunu istəmədi. Günəş ayrılandan sonra Ştefan Kunts ilə Həmit Altıntop məsələni həll etmək istəsə də, artıq gec idi. Ötən ilin oktyabrında Farer adaları ilə oyunda Dəmir 88-ci dəqiqədə meydana çıxaraq Avstriyanın heyətində 4-cü oyununu keçirdi. Bununla da hiyləgər avstriyalılar istəyinə çatdı. Yusuf bu 4 qarşılaşmada ümumilikdə 44 dəqiqə meydanda olub və maraqlıdı ki, Farer adalarına qarşı həmin oyundan sonra bir dəfə də əsas yığmaya dəvət almayıb! Amma hazırda Türkiyənin U-21 yığmasını çalışdıran Kafkas, eləcə də yığmadan ayrılandan sonra işsiz olan Şenol Günəş bu iddiaları təkzib edib. Kafkas bunları deyib:

''Biz tərəfdən bir yanlışlığa yol verilsəydi, bunu açıq-aşkar dilə gətirər və ''bu bizim səhvimizdi, üzr istəyirik'' deyərdim. Amma hər şey başqa cürdü. Yusuf öz istəyi ilə Avstriyanı seçdi''. Elə Günəş də buna bənzər açıqlama verib: ''O vaxtlar onun 16-17 yaşı var idi və Avstriyanın aşağı yaş qrupundan ibarət yığmasında çıxış edirdi. Artıq özü üçün Avstriyanı seçmişdi. Mən ora Mərt Müldürü yığmamıza qazandırmaq üçün yollanmışdım. Təbii ki, Yusufa görə də cəhd etdim. Amma seçimini etmişdi. Avstriya ötən il Yusuf Dəmirlə Ərcan Kayanı özünə cəlb etməyi bacardı''.


Digər məsələ isə bu futbolçunun türk ola-ola, Türkiyə çempionatında legioner sayılmasıdı. Məsələn, Avstriya yığmasını seçən digər qürbətçi futbolçu Vəli Kavlak ''Beşiktaş''da oynadığı dönəmdə yerli sayılırdı. Eləcə də Almaniyanın heyətində dünya çempionu olan Məsut Özil də superliqada legioner sayılmır. Bəs nə üçün Yusuf Dəmirin durumu fərqlidi? Bunun səbəbi 2015-ci ildə Fatih Terimin yığmanı çalışdırdığı dönəmdə məhz onun məsləhəti ilə qəbul olunan qərardı. Belə ki, həmin qərara görə 2015-ci ildən əvvəl başqa yığmanı seçən türkiyəli futbolçular çempionatda əcnəbi sayılmır. Amma 2015-ci ildən sonra başqa yığmaya üstünlük verən qürbətçilər artıq legioner sayılır. Yusuf da 2021-ci ildə Avstriyanı seçdiyindən, təbii ki, ikinci qrupa aiddi. Yeri gəlmişkə, Okan Burukun açıqlamasına baxmayaraq, Dəmirin Türkiyə vətəndaşlığının olmadığı üzə çıxıb! Bunu TFF-dəki qaynaqlar da təsdiqləyir. Çünki Avstriya qanunlarına görə ölkədə ikili vətəndaşlığa qadağa qoyulub. Orda xarici ölkə vətəndaşı Avstriya vətəndaşlığını qəbul etmək istədikdə avtomatik öz ölkəsinin vətəndaşlığından çıxarılır. Qısası, bu oyunçunun superliqada legioner sayılmaması üçün federasiya qaydalarda dəyişiklik etməlidi. Qurum ''Türkiyə ilə qohumluq əlaqələri olan və işçi vizasına malik hər kəs yerli oyunçu statusunda oynaya bilər'' qaydasını tətbiq edəcəyi halda Yusuf artıq legioner sayılmayacaq'.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Avropa Liqası / Günün xəbəri

29-08-2022, 13:0

"Barselona"nın sabiq üzvü "Qarabağ"ın hədəfində

Dünya futbolu / Manşet

9-08-2022, 14:0

Superliqanın ilk turunda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

17-07-2022, 15:0

''Qalatasaray'' iki oyunçu ilə vidalaşır

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 148
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə