"Barselona"nın sabiq üzvü "Qarabağ"ın hədəfində

29.08.2022 13:32 4 896
Avropa Liqası / Günün xəbəri
Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" heyətini gücləndirmək niyyətindədi.

Football-plus.az xəbər verir ki, Ağdam təmsilçisi "Rapid"in hücumçusu Yusuf Dəmiri transfer etmək istəyir. "Köhlən atlar" Avstriya millisinin üzvünü icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, 19 yaşlı futbolçu Vyana təmsilçisinin yetirməsidi. Yusuf Dəmir 2021/22 mövsümündə icarə əsasında "Barselona"da çıxış edib.

Xatırladaq ki, türkəsilli futbolçu bu mövsüm "Rapid"in heyətində cəmi 3 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Hücumçu Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Neftçi" ilə cavab matçında meydanda olub.