"Qarabağ"ın legioneri Abdullah Zubir ölkəsinin mətbuatına müsahibə verib.
2018-ci ildən Ağdam təmsilçisinin şərəfini qoruyan futbolçu "köhlən atlar"a keçidi barədə danışıb. O, "Qarabağ"dan təklif alarkən klubu tanımadığını bildirib:
"Lans"dan ayrıldıqdan sonra Belçika çempionatı və Liqa 1-dən təklif almışdım. Amma bu, maddi planda kluba, layihə olaraq mənə uyğun deyildi. Sonra isə "Qarabağ" variantı ortaya çıxdı. Bu klubu tanımırdım. Sadəcə, Çempionlar Liqasının qrupunda oynadığını bilirdim. Daha sonra mənə orada oynayan Əlharbi Əl Jadeyuinin nömrəsi verildi. Dedi ki, mənə güvən və bu komandaya keç".