Millimiz məğlub oldu

11.09.2022 20:25 3 322
Yığma
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) Superfinalında sonuncu oyununu keçirib.

İtaliyanın Kalyarı şəhərində keçirilən oyunda Ukrayna komandası ilə qarşılaşan millimiz 2:6 hesabı ilə məğlub olaraq turniri 6-cı pillədə başa vurub. Millimizin hər iki qolunu İsa Zeynallı vurub.