Karlsen yarışdan imtina etdi, Məmmədyarov qalib gəldi

5.09.2022 23:30 350
İdman
Şahmatçımız Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərində keçirilən "Grand Chess Tour"da qüvvəsini sınayır.

O, turnirin sonuncu mərhələsi olan "Sinkfild Kuboku"nda ilk qələbəsini qazanıb. 37 yaşlı qrossmeysterimiz 4-cü turda norveçli Maqnus Karlsenlə qarşılaşmalı idi. Lakin dünya çempionu turnirdən imtina edib. Bu üzdən görüş baş tutmayıb. Nəticədə idmançımız texniki qələbə qazanıb.