• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

TFF-nin binasına silahlı hücum

Dünya futbolu

4-09-2022, 09:0

Hadisə yerli vaxtla saat 17.45 radələrində baş verdi. Özü də həmin vaxt federasiyanın idarə heyətinin toplantısı keçirilirmiş! Hadisə yerinə gələn təhlükəsizlik xidmətinin işçiləri və polislər dərhal araşdırmaya başladılar. Məlum oldu ki, binaya odlu silahdan 11 dəfə atəş açılıbmış! Bunlardan 1-i başqanın otağına, digəri isə ondan aşağı mərtəbədə yerləşən toplantı salonuna olmaqla 5-i binaya tuş gəlib. Təhlükəsizlik kamerası incələndikdən sonra bu qalmaqalla bağlı ilk məlumatlar əldə olundu. TFF-nin mərkəzindən təxminən 200-250 metr aralıqda ''Çayağzı dərəsi'' adlanan bir ərazi var. Atəşin ordan açıldığı və iki nəfərin daha sonra maşına minərək ordan uzaqlaşdığı məlum oldu. Hadisə məlum olan kimi daxili işlər naziri Süleyman Soylu, idman naziri Mehmet Muharrem Kasapoğlu, İstanbul valisi Əli Yerlikaya və başqa önəmli şəxslər olay yerinə gəldilər. Elə ölkə prezidenti Rəcəp Tayyib Ərdoğan da zəng vuraraq hadisə ilə bağlı məlumat aldı. Klublar Birliyi, eləcə də ölkənin bir çox klubu federasiyaya ''keçmiş olsun'' mesajı yayınladı.

Bu olayda ciddi şəkildə yaralananların olması xoş bir təsadüfdü. Çünki idarə heyətinin toplantı salonuna yönələn güllə faktiki Həmit Altıntopun başının üstündən keçdi! Pəncərə şüşəsinin qırıqları onun üstünə düşdü. Həmin anda yönəticilərin hamısının oturmuş vəziyyətdə olması sayəsində ciddi yaralanan olmadı. Onlardan hansısa ayaqüstə olsaydı, çox güman, güllə ona dəyəcəkdi. İdarə heyətinin üzvlərindən biri olan Altıntop hadisə ilə bağlı bunları dedi:

''Silah səslərini eşidən kimi özümüzü yerə atdıq. Güllənin mənim yanımdan keçdiyini hiss etdim. Digər yönəticilər öncə mənim yaralandığımı düşündülər. Amma şükürlər olsun ki, ciddi bir yara almadım. Veriləcək sədəqəmiz var imiş. Ümid edirəm ki, bunu törədənlər tezliklə tutulacaq''.


Daxili İşlər Nazirliyinin bütün gücünü şübhəlilərin tutulmasına yönəltməsi qısa müddətdə öz bəhrəsini verdi. Hadisədən bir müddət sonra hələ ki adları açıqlanmayan iki şəxs həbs olundu. Araşdırma nəticəsində məlum oldu ki, həmin vaxt yaxınlıqda olan polislərdən biri təsadüfən ''selfi'' çəkirmiş. TFF-nin binasına atəş açanlar da həmin vaxt kadra düşüblər. Daxili işlər naziri Soylu bunları dedi:
''İlk növbədə “keçmiş olsun” demək istəyirəm. Bura yaxın bir ərazidən 11 ədəd atəş açılıb. 11 güllə tapılıb, onlardan 5-i binaya dəyib. Hüquq-mühafizə orqanlarının səyi nəticəsində şübhəlilər qısa müddətdə yaxalandı. İkisi də ayaqüstə dura bilməyəcək qədər sərxoş vəziyyətdədi. Güllələrin tuş gəldiyi yerləri incələdik. Bunlar sərxoş olmasaydı, düşünmək olardı ki, atəşi əsl peşəkarlar açıb. Çünki güllədən biri toplantı salonunda olduqca təhlükəli yerə dəyib. Hər halda, içəridəki insanları Allah qoruyub. Olayı bütün istiqamətlərdə incələyəcəyik. Heç kimdə bu hadisə ilə bağlı bir şübhə qalmayacaq. Təsadüfi ''selfi'' nəticəsində məlum oldu ki, bu şəxslər orda həm suya giriblər, həm spirtli içki qəbul ediblər, sonra da silahdan atəş açıb ordan uzaqlaşıblar''.


Dünən də araşdırmalar davam etdi. Dəniz Liman Şöbə Müdirliyinə bağlı olan dalğıc polislər həmin əraziyə gələrək sözün əsl mənasında qamışlıqların arasından silahları axtarıb tapıblar. İdman naziri Kasapoğlu isə daha iki nəfərin də ifadəsi alınmaq üçün polis şöbəsinə aparıldığını deyib:
''Bu olayı şiddətlə qınayırıq. Ən böyük təsəllimiz odu ki, heç kim ciddi yara almadı. Daxili işlər naziri ilə söhbət etdim. Həm silahlar tapılıb, həm də şübhəlilərin sorğu-sualı davam edir. Bundan başqa, həmin şəxslərlə əlaqəsi olduğu müəyyən edilən daha 2 nəfər saxlanılıb və onların ifadəsi alınır. Heç kim narahat olmasın, bu məsələ ən qısa müddətdə həll olunacaq və bütün suallara cavab veriləcək''.


Bu hadisə üzündən dünən saat 16.00-da keçirilməsi planlaşdırılan TFF ilə Ulduz Texniki Universitetinin ''Tərəfsiz baxış'' adlı birgə layihəsinin imza mərasimi, eləcə də mətbuat konfransı təxirə salındı.

Paylaş:
Digər xəbərlər
Aktual
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
Son xəbərlər
  • Bu gün, 20:33
    Millimizin heyəti açqlandı
  • Bu gün, 20:00
    "Qarabağ"la "Zirə" başladı - YENİLƏNİR
  • Bu gün, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Bu gün, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Bu gün, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Bu gün, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Bu gün, 16:56
    Florensiyanı tərk etdi
  • Bu gün, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Bu gün, 15:49
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Bu gün, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Bu gün, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Bu gün, 13:57
    Salahın meneceri transferi yubadır
  • Bu gün, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə