"Sabah" azarkeşləri oyuna dəvət etdi - VİDEO

2.09.2022 22:55 310
Premyer-liqa
Misli premyer-liqasının 5-ci turunda "Sabah" "Səbail"lə qarşılaşacaq.

Yoluna itkisiz davam edən "ağ-göylər" matçdan öncə video yayımlayıb. Videoda insanlara klubun atributları paylanıb. "Sabah" bununla azarkeşləri oyuna dəvət edib.

Xatırladaq ki, "Sabah" - "Səbail" matçı sentyabrın 4-də keçiriləcək. Görüş 18:00-da başlayacaq.