Paredes "Yuventus"da!

31.08.2022 20:40 318
Dünya futbolu
"Yuventus" heyətini daha bir futbolçu ilə gücləndirib.

Bunu klubun mətbuat xidməti açıqlayıb. "Qoca sinyora" PSJ-nin yarımmüdafiəçisi Leandro Paredesi icarəyə götürüb.

İcarə müqaviləsi 2022-23 mövsümünün sonuna qədər nəzərdə tutulub. Sözləşmədə transfer hüquqlarını satın alma bəndi də yer alıb.