“Atletiko” “Çelsi”nin maraq dairəsində olan Alvaro Moratanın qiymətini artırıb.
“As” nəşrinin məlumatına görə, bir müddət əvvəl ispan hücumçunu 35 milyon avroya satmağa razı olan Madrid klubu onun qiymətini ikiqat artırıb. Bu qərar isə rəhbərliyin futbolçunu satmaq istəməməsi ilə bağlıdı.
Qeyd edək ki, Morata La Liqanın ilk iki turunda iki qol vurub.