Azərbaycan idmanı tarixində ilk

23.08.2022 15:10 409
İdman
Parabadmintonçu İbrahim Əliyev Ümumdünya Badminton Federasiyasının (BWF) bayrağı altında keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək.

Football-plus.az xəbər verir ki, bu, Azərbaycan badmintonu tarixində bir ilkdi.

İbrahim Əliyev İndoneziyanın Cokyakarta şəhərində 23-28 avqust tarixlərində keçirilən və 15 ölkədən idmançıların qatıldığı “FOX’s Indonesia Para Badminton International 2022” beynəlxalq turnirində iştirak edəcək.

Parabadminton üzrə milli komandanın məşqçisi Teymur Abbasovdu.