"Sabah"ın heyətində yubiley matçına çıxdı - Qol vurdu

22.08.2022 12:19 350
Ölkə futbolu
Aleksey İsayev “Sabah”ın heyətində 50-ci çempionat matçına çıxıb.

"Football-plus.az" PFL-ə istinadən xəbər verir ki, bu, Misli premyer-liqasının 3-cü turuna təsadüf edib.

“Neftçi” ilə ev matçında penaltidən qol vuran yarımmüdafiəçi yubileyinə töhfə verib. Bakı klubunda 3-cü mövsümünü keçirən İsayev 50 qarşılaşmada 8 qola imza atıb.

Aleksey “Sabah”ın tarixində premyer-liqada 50 və daha çox oyun keçirən 6-cı futbolçudu. Onadək yalnız beş oyunçu “100”ü yarılayıb.

İsayevin hesabı bərabərləşdirdiyi qarşılaşmada meydan sahibləri qələbə qazanıb – 2:1.