• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

DÇ həyəcanı: 1-dən 22-yə qədər

Dünya futbolu / DÇ

21-08-2022, 10:0

1970-ci ildə tarixi ilk yaşandı: mundial birinci dəfə Avropada və ya Cənubi Amerikada yox, Şimali Amerikada təşkil olundu!

Əlbəttə, FİFA bu yolla həmin materikdə futbolun daha da populyarlaşmasını istəyirdi. Meksikanın xeyrinə seçimin başqa tərəfi də var idi: 1968-ci ildə Yay Olimpiya Oyunlarını keçirən ölkədə infrastrukturla bağlı problem yaşanmayacaqdı. 1938-ci ildən bəri DÇ-yə evsahibliyi etmək istəyən Argentina isə yenə də arzusuna çatmadı.

Arzuların komandasının əbədi iz qoyduğu mundial

FİFA-nın bu seçimi heç də hamının ürəyincə olmadı: Meksikada havanın çox isti, stadionların isə dəniz səviyyəsindən xeyli yüksəklikdə olması əksər komandaları narahat edirdi. Oyunların gündüz saatlarında start götürəcəyi məlum olanda etirazlar daha da gücləndi. Ancaq Şərq yarımkürəsində yaşayan azarkeşlərin matçları canlı izləyə bilməsi üçün başqa variant yox idi. Zaman bütün narahatlıqların əsassız olduğunu göstərdi. DÇ-70 əsl futbol bayramı kimi yaddaşlarda qaldı, hakimlərin turnirin gedişində bir dəfə də qırmızı vərəqə göstərməməsi isə bu mundiala xüsusi rəng qatdı.
Seçmə mərhələnin ən yaddaqalan hadisəsi DÇ-66-nın əsas sensasiyası sayılan KXDR millisinin ideoloji səbəblərdən İsraillə qarşılaşmaqdan imtinası oldu. Afrika qitəsi, nəhayət, elan etdiyi boykota son qoydu: 11 yığmanın iştirakıyla keçirilən 3 mərhələlik mübarizədə Mərakeş rəqiblərini üstələdi. Ev sahibi Meksika ilə son çempion İngiltərə isə birbaşa final mərhələsinə buraxıldı.
Mundialda artıq ənənəvi olaraq, 4 qrupun hər birində 4 komanda yer aldı. 1-ci “kvartet”də SSRİ millisi meydan sahibləriylə eyni sayda xal toplasa da, top fərqinə görə lider qismində pley-offa çıxdı. 2-ci qrupda İtaliya azarkeşlərinə 4 il əvvəlki biabırçılığı unutduraraq statusunu doğrultdu. Maraqlıdı ki, apenninlilər 3 oyunda cəmi 1 qol vuraraq və qapısını toxunulmaz saxlayaraq hədəfinə çatdı. Uruqvay isə top fərqinə əsasən İsveçi qabaqladı. 3-cü “kvartet”də əsas mübarizə son mundialın qalibi İngiltərəylə ikiqat dünya çempionu Braziliya arasında yaşandı. Sıralarında Pele, Jairzinyo, Tostao, Rivelino və Karlos Alberto kimi futbolçular olan “selesao” maksimum nəticə göstərdi. 4-cü qrupda AFR çətinlik çəkmədən lider oldu. İkinci pilləni isə 1958 və 1962-ci illərdə Braziliyanın heyətində mundialın qalibi olan Didinin çalışdırdığı Peru yığması tutdu.
1/4 finalda AFR ilə İngiltərə arasındakı matç dramatik alındı. Alf Remsinin komandası oyunun gedişində iki topluq üstünlük qazansa da, əzmkarlıq nümayiş etdirən Helmut Şönün kollektivi hesabı bərabərləşdirə bildi. Əlavə vaxtda isə superbombardir Herd Müller bundestimə qələbə gətirdi.
İtaliya ilə AFR arasındakı möhtəşəm yarımfinal oyunu həmişə xatırlanacaq! Təsadüfi deyil ki, bu görüş “L’Equipe” və başqa nüfuzlu nəşrlərdə “əsrin matçı” kimi qeyd olunur! “Skuadra adzurra”nın ilk hissənin əvvəllərində vurduğu qola bundestim yalnız 90-cı dəqiqədə cavab verdi. Əlavə vaxtda isə azarkeşlər 5 topa şahidlik etdi. Gərgin mübarizənin sonunda sevinən cənubi avropalılar oldu. Qeyd edək ki, 2-ci yarının ortalarında Frants Bekkenbauerin qolu çıxsa da, o, 53 dəqiqə belə vəziyyətdə oynadı. Futbolçunun sonadək meydanda qalmağına səbəb Şönün həmin vaxtadək artıq hər iki dəyişiklikdən istifadə etməsi oldu.
Finalda Braziliyanın böyük üstünlüyü diqqəti çəkdi. AFR ilə oyunda xeyli güc sərf edən italyanlar yalnız birinci hissədə müqavimət göstərə bildi. Fasilədən sonra avropalılara göz açmağa imkan verməyən cənubi amerikalılar rəqib qapısından 3 cavabsız top keçirdi. Beləliklə, Pelenin lideri olduğu həmin arzuların komandası adını dünya futbol tarixinə qızıl hərflərlə əbədi yazdırdı!

DÇ-1970 – MEKSİKA
Vaxt: 31 may – 21 iyun
Oyunların keçirildiyi şəhərlər: Qvadalaxara, Leon, Mexiko, Puebla, Toluka
Oyunların keçirildiyi stadionların sayı: 5
İştirakçılar (5 konfederasiyadan 16 milli komanda): AFR, Belçika, Bolqarıstan, Braziliya, Çexoslovakiya, İngiltərə, İsrail, İsveç, İtaliya, Meksika, Mərakeş, Peru, Rumıniya, Salvador, SSRİ, Uruqvay.
Oyun sayı: 32
Qol sayı: 95 (orta hesabla 2,97)
Poker: 0
Het-trik: 2
Penalti: 5 (hamısı dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 51 (0)
Avtoqol: 1
Tamaşaçı sayı: 1604065 (orta hesabla 50127)
1-ci yer: Braziliya
2-ci yer: İtaliya
3-cü yer: AFR
4-cü yer: Uruqvay
Bombardir: Gerd Müller (AFR) – 10

Turnirin rəmzi yığması
Qapıçı – Ladislao Mazurkeviç (Uruqvay); müdafiəçilər – Karlos Alberto Torres, Vilson Piatsa (hər ikisi Braziliya), Frants Bekkenbauer (AFR), Caçinto Fakketti (İtaliya); yarımmüdafiəçilər – Jerson (Braziliya), Teofilo Kubilyas (Peru), Bobbi Çarlton (İngiltərə); hücumçular – Pele, Jairzinyo (hər ikisi Braziliya), Gerd Müller (AFR).

1-ci qrup: Meksika – SSRİ 0:0, Belçika – Salvador 3:0, SSRİ – Belçika 4:1, Meksika – Salvador 4:0, SSRİ – Salvador 2:0, Meksika – Belçika 1:0.
1. SSRİ 3 2 1 0 6-1 5
2. Meksika 3 2 1 0 5-0 5
3. Belçika 3 1 0 2 4-5 2
4. Salvador 3 0 0 3 0-9 0
2-ci qrup: Uruqvay – İsrail 2:0, İtaliya – İsveç 1:0, Uruqvay – İtaliya 0:0, İsrail – İsveç 1:1, İsveç – Uruqvay 1:0, İtaliya – İsrail 0:0.
1. İtaliya 3 1 2 0 1-0 4
2. Uruqvay 3 1 1 1 2-1 3
3. İsveç 3 1 1 1 2-2 3
4. İsrail 3 0 2 1 1-3 2
3-cü qrup: İngiltərə - Rumıniya 1:0, Braziliya – Çexoslovakiya 4:1, Rumıniya – Çexoslovakiya 2:1, Braziliya – İngiltərə 1:0, Braziliya – Rumıniya 3:2, İngiltərə - Çexoslovakiya 1:0.
1. Braziliya 3 3 0 0 8-3 6
2. İngiltərə 3 2 0 1 2-1 4
3. Rumıniya 3 1 0 2 4-5 2
4. Çexoslovakiya 3 0 0 3 2-7 0
4-cü qrup: Peru – Bolqarıstan 3:2, AFR – Mərakeş 2:1, Peru – Mərakeş 3:0, AFR – Bolqarıstan 5:2, AFR – Peru 3:1, Mərakeş – Bolqarıstan 1:1.
1. AFR 3 3 0 0 10-4 6
2. Peru 3 2 0 1 7-5 4
3. Bolqarıstan 3 0 1 2 5-9 1
4. Mərakeş 3 0 1 2 2-6 1
1/4 final
AFR – İngiltərə 3:2, əlavə vaxtda
Bekkenbauer, 68. Zeeler, 82. H.Müller, 108 – Malleri, 31. Piters, 49.
Braziliya – Peru 4:2
Rivelino, 11. Tostao, 15; 52. Jairzinyo, 75 – Qalyardo, 28. Kubilyas, 70.
İtaliya – Meksika 4:1
Qusman, 25-öz qapısına. Riva, 63; 76. Rivera, 70 – Qonsales, 13.
Uruqvay – SSRİ 1:0, ə.v.
Esparraqo, 117.
yarımfinal
Braziliya – Uruqvay 3:1
Klodoaldo, 44. Jairzinyo, 76. Rivelino, 89 – Kubilya, 19.
İtaliya – AFR 4:3, ə.v.
Boninsenya, 8. Burnyiç, 98. Riva, 104. Rivera, 111 – Şnellinger, 90. H.Müller, 94; 110.
3-cü yer uğrunda oyun
AFR – Uruqvay 1:0
Overat, 26.
final
Braziliya – İtaliya 4:1 (1:1)
Braziliya: Feliks, Karlos Alberto, Brito, Piatsa, Everaldo, Klodoaldo, Jerson, Rivelino, Jairzinyo, Pele, Tostao.
İtaliya: Albertozi, Burnyiç, Rozato, Çera, Fakketti, Bertini (Yuliano, 74), De Sisti, Domengini, Matsola, Boninsenya (Rivera, 84), Riva.
Qollar: Pele, 18 (1:0). Boninsenya, 37 (1:1). Jerson, 66 (2:1). Jairzinyo, 71 (3:1). Karlos Alberto, 86 (4:1).
Hakim: Rudi Qlökner (ADR).
21 iyun. Mexiko. “Asteka” stadionu. 107412 tamaşaçı.


Bilirsizmi?
Braziliya millisi Meksikadakı mundiala Mario Zaqallonun yox, komandanı daha əvvəl çalışdıran Juan Saldanyanın başçılığı altında yollanmalıydı. “Selesao”nun seçmə mərhələdə 6 oyunda maksimum nəticə göstərməsindən sonra bu heç kimdə şübhə doğurmurdu. Yığmanın DÇ-66-da qrupda qalmasının ardından mətbuatın çox ciddi təzyiqinə son qoymaq üçün Braziliya Futbol Konfederasiyasının (BFK) prezidenti Joao Avelanj 1968-ci ildə məhz Saldanyaya bu postu tutmağı təklif etdi. Onun məşqçi təcrübəsi olsa da, milliyə gəlməzdən əvvəl son 9 ili jurnalist işləyirdi. BFK bu yolla mətbuatın həmkarına görə “selesaso”nu az tənqid edəcəyinə ümid edirdi. Eksperiment uğurlu alındı. Braziliyalılar həm seçmə mərhələdə, həm də yoxlama oyunlarında rəqib tanımırdılar. 13 matçda 13 qələbə qazanan komandanın top fərqi də möhtəşəm idi: 50-9. Bu müddətdə məğlub edilənlər arasında son dünya çempionu İngiltərə də var idi.
Saldanya azarkeşlər arasında çox sevilirdi. Həmin vaxt keçirilən sorğuya əsasən, Rio de Janeyro əhalisinin 78, San Paulunun isə 68 faizi onu dəstəkləyirdi. Məşqçinin bütün hücumameyilli futbolçulara meydanda yer etmək üçün 4-2-4 sxemindən istifadəsi və danışılmış oyunda iştirakından şübhələndiyi millinin qapıçısı Manqanı tapança ilə hədələməsi populyarlığını daha da artırdı. Ancaq mundial ərəfəsində problemlər yaşanmağa başlandı.
Qatı kommunist olan Saldanya faşist baxışları ilə seçilən ölkə prezidenti Emiliu Qarrastazunun bir neçə futbolçunu yığmada görməsi ilə bağlı istəyini nəzərə almadı. Çalışdırıcı “oyunçuları təkcə mən seçirəm, o, nazirləri təyin edəndə mənim fikrimi öyrənmir” cavabını verdi. Üstəlik ölkə rəhbərliyi millidə daha çox ağdərililərin olmasını istəyirdi ki, Saldanya buna da razı deyildi. Sonda Pele məsələsi də ortaya çıxdı. Məşqçi görmə problemi yaranan ikiqat dünya çempionunun DÇ-70-dəki iştirakını şübhə altına saldı. Vəziyyətin getdikcə çətinləşdiyini görə Avelanj mundialın startına 2,5 ay qalmış Saldanya ilə yolları ayırmaq qərarına gəldi.

Maraqlıdı...
* Reqlamentə görə 3 dəfə dünya çempionu olan milli “Qızıl İlahə”ni əbədi ölkəsinə aparmaq hüququ qazanırdı. DÇ-66-da belə namizədlərin sayı üç (Uruqvay, İtaliya və Braziliya) olsa da, heç biri bunu bacarmadı. Nəhayət, Meksikadakı turnirdə “selesao” arzusunu reallaşdırdı. 1983-cü il dekabrın 19-dan 20-nə keçən gecə isə kubok Braziliya Futbol Konfederasiyasının mənzil-qərargahından oğurlandı! Təəssüf ki, qənimət bir daha tapılmadı. Hərçənd 4,5 il sonra üç oğru – rəssam-dekorator, keçmiş polis işçisi və qızıl alverçisi, 1994-cü ildə isə dəstənin başçısı olan bank işçisi tutuldular. Ancaq onlar “Qızıl İlahə”nin yerini açıqlamadılar. Bir müddət sonra kubokun əridilib qızıl külçələr formasına salındığı məlum oldu. Bu hadisə dünya futbolunda “əsrin oğurluğu” adı ilə məşhurlaşıb.
* DÇ-70-ə vəsiqə uğrunda Salvadorla Honduras arasında Mexikoda keçirilən əlavə oyun müharibəylə nəticələndi. Ölkələr arasında münasibətlər sərhədin demarkasiyası probleminə görə hələ əvvəldən gərgin olsa da, məhz həmin matçdan sonra tarixə “futbol müharibəsi” kimi düşən 6 günlük silahlı münaqişə yaşandı. Bu insident hər iki təfər üçün ağır nəticələndi: 3 mindən çox ölü, 6 minə yaxın yaralı. Müharibəni yalnız Amerika Dövlətlər Təşkilatının səyi nəticəsində dayandırmaq mümkün oldu. Meksikaya yollanan Salvador millisi isə qrupda bircə qol vurmadan hər 3 matçda uduzdu və evə yollandı.
* Braziliyalı Tostao turnirin startına bir neçə ay qalmış ikinci dəfə gözündən əməliyyat olundu. Zaqallo riskə getdiyini başa düşsə də, hücumçunu Meksikaya aparmağı lazım bildi. Xüsusilə hava mübarizələrində maksimum dərəcədə ehtiyatlı olmağa çalışan Tostao mundialda vurduğu 4 qol sayəsində komandanın uğurunda böyük pay sahibi oldu.

Faktlar
* Braziliya ilk üçqat dünya çempionu kimi tarixə düşdü.
* Pele 3-cü dəfə mundialın qızıl medalını qazandı. “Futbol kralı”nın bu uğuru hələ də əlçatmaz görünür. O həmçinin həmyerlisi Vavadan (1958 və 1962) sonra iki final matçında qol vuran ilk oyunçu oldu.
* Zaqallo futbolçu (1958 və 1962) və məşqçi kimi dünya çempionu olmağı bacaran ilk şəxs kimi adını tarixə yazdırdı.
* Jairzinyo bir mundialın bütün oyunlarında qol vurmağı bacaran ilk və hələlik sonuncu oyunçudu.
* DÇ-70 məşqçilərə bir oyunda iki futbolçunu əvəzləmək imkanı verilən ilk turnir oldu. Mundiallarda birinci dəyişiklik Meksika – SSRİ matçının (0:0) 46-cı dəqiqəsində qeydə alındı: yarımmüdafiəçi Viktor Serebryanikovun yerinə meydana hücumçu Anatoli Puzaç çıxdı.
* Bu mundialda həmçinin hakimlər ilk dəfə sarı və qırmızı vərəqələrdən istifadə etmək hüququ qazandı. Əvvəlki turnirlərdə referilər şifahi yolla futbolçulara xəbərdarlıq edir və ya onları meydandan qovurdular. Bu isə həm oyunçularda, həm azarkeşlərdə, həm də şərhçilərdə çaşqınlıq yaradırdı. Meksika ilə matçda sarı vərəqə görən SSRİ-nin yarımmüdafiəçisi Kaxi Asatiani bu mənada tarixə düşdü.
* DÇ-70-də cəmi iki het-trik qeydə alındı ki, hər ikisini AFR-in superforvardı Herd Müller qrup mərhələsində rəsmiləşdirdi.

DÇ-nin ulduzu
Pele – Meksikada tarixin ən güclü milli komandalarının birinin dirijoruna çevrilən braziliyalı mundialın ən yaxşısı olması ilə bağlı şübhə yeri qoymadı. Həm nüfuzlu futbol tarixçisi və statistiki Ecikeme İkvunze, həm də bu idman növündə vətəninin əzəli rəqibi sayılan Argentinanın tanınmış “Clarin” qəzeti birmənalı şəkildə Peleyə rəqib görmədilər. “Futbol kralı” görmə problemləri üzündən DÇ-70-də aparılmaya bilərdi, ancaq xoşbəxtlikdən bu baş vermədi. Təəssüf ki, bu, Pelenin son mundialı oldu.
Çempion məşqçi
Mario Zaqallo – maraqlıdı ki, Saldanyanın gedişindən sonra əsas namizəd DÇ-58-də millinin heyətində çempionu olan Dino Sani idi. Məhz onun imtinası Avelanjın Zaqalloya təklif göndərməsiylə nəticələndi.

Sitat
Pele:

“Hakimin final fitindən sonra meydanda yaşananları təsvir etmək çox çətindi. Azarkeş kütləsi polis səddinə fikir vermədən bir andaca biz tərəfə qaçmağa başladı. Onlar canavarlar kimi üzərimizə atıldı. Şortikimi, butslarımı, getrlərimi bir göz qırpımında itirdim. Hələ yaxşı ki, rəhm edib məni millətin qarşısında alt paltarsız qoymadılar”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-05-2022, 21:0

Əzəli rəqiblər Amerikada qarşılaşacaqlar

Aktual
“Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
"Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
“Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid
Aqil Nəbiyev millidə müəmmalı ayrılıqların səbəbini açıqladı - iki məşqçinin başına nə gəlib?
“Forza Neftçi”dən “Sabah”a cavab – “Bu şəhər dardırsa...”
Son xəbərlər
  • Bu gün, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Bu gün, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Bu gün, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Bu gün, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Bu gün, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Bu gün, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Bu gün, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Bu gün, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Bu gün, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Bu gün, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Bu gün, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
  • Bu gün, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
  • Bu gün, 15:23
    Zamiqin komandası böyükhesablı qələbə qazandı
  • Bu gün, 14:52
    “Bavariya”da iki yeni müqavilə
  • Bu gün, 14:31
    "Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
  • Bu gün, 14:03
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 13:44
    “Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid
  • Bu gün, 13:16
    “Çelsi”nin yeni baş məşqçisi olacaq
  • Bu gün, 12:45
    Fransa olmasın, Mərakeş olsun!
  • Bu gün, 12:14
    Slot antirekordçu məşqçi oldu
  • Bu gün, 11:46
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:15
    Aqil Nəbiyev millidə müəmmalı ayrılıqların səbəbini açıqladı - iki məşqçinin başına nə gəlib?
  • Bu gün, 10:45
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 10:24
    Dünya çempionatında oynaya bilməyəcəklər
  • Bu gün, 10:00
    Yayda “Real”ı tərk edəcək
  • Dünən, 23:58
    Tezliklə İstanbula qayıda bilər
  • Dünən, 23:38
    Madridə dönməyə çox yaxındı
  • Dünən, 23:06
    “Forza Neftçi”dən “Sabah”a cavab – “Bu şəhər dardırsa...”
  • Dünən, 22:45
    “Sabah”a çempionluq kuboku təqdim olundu
  • Dünən, 22:19
    İbrahim "qızıl", Tunar isə "bürünc" qazandı
  • Dünən, 22:08
    Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
  • Dünən, 21:43
    “Sabah”ın start heyətini görəndə məyus oldum” – Rəşad Sadıqov
  • Dünən, 21:37
    "Gedirik çempionluğumuzu qeyd etməyə" - Valdas Dambrauskas
  • Dünən, 21:13
    "İstəmərəm ki, avrokuboklarda 1 tur oynayıb məğlub olaraq geri dönək" - Yuri Vernidub
  • Dünən, 20:45
    “Azarkeşlərin önündə nəticə üçün oynayacağıq” – Veliçko Kaplanoviç
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 292
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 253
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 207
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 188
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə