Bir neçə ay əvvəl əzəli rəqiblərlə bağlı yayılan xəbər təsdiqini tapıb.
"Football-plus.az" xəbər verir ki, “Barselona” və “Real” 2022/23 mövsümü ərəfəsində yoldaşlıq oyunu keçirəcək. İspaniya mənbələrinin xəbərində prinsipial görüşün ABŞ-ın Las Veqas şəhərində təşkil ediləcəyi də bildirilib. “Barselona”nın bu ölkədə “İnter Mayami”, “Yuventus” və “Nyu York Red Bullz”la da yoldaşlıq oyunları keçirəcəyi qeyd olunub. Hələ ki oyunların tarixi açıqlanamyıb.
Əzəli rəqiblər Amerikada qarşılaşacaqlar
Dünya futbolu


