• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messinin aqibətini daha öncə kimlər yaşayıb?

Dünya futbolu

20-08-2022, 20:0

Bilindiyi kimi, ötən həftə ''Qızıl top''a namizəd olan futbolçuların adı açıqlandı.

Bu mükafatı 7 dəfə qazanan Lionel Messinin adının 30 nəfərlik siyahıya düşməməsi söz-söhbətə səbəb oldu. İşin maraqlı tərəfi odu ki, Leo həm də bu mükafatın son sahibidi! ''Qızıl top''un son qalibinin növbəti il namizədlər arasına düşməməsinə əvvəllər də bir neçə dəfə rast gəlinib. Bu yazıda Messinin aqibətini yaşayan başqa futbolçuları xatırlayacağıq.

Marko van Basten

Əfsanəvi niderlandlı forvard karyerasının 2-ci hissəsində zədələrdən çox ciddi əziyyət çəkirdi. Yəni onun namizədlər arasına düşməməsi yalnız oynamamasından irəli gəldi. Van Basten 1992-də karyerasında 3-cü dəfə ''Qızıl top''u qazanandan sonra 1993-də, demək olar, meydana çıxmadı. Amma o, eyni şeyi 1990-da da yaşamışdı. 2-ci ''Qızıl top''u qazandıqdan sonrakı il Van Basten ''30-luğ''a düşmədi. Bu qəribəliyi isə zədə ilə əlaqələndirmək düzgün deyil. Van Basten həmin il nəinki oynamış, hətta vacib qollar vurmuş, Çempionlar Liqasının qalibi və A seriyasının bombardiri olmuşdu. Düzdü, dünya çempionu olmuş Matteus mükafata layiq idi. Amma Van Basten qeyd-şərtsiz ən azı ''30-luq''da olmalıydı.

İqor Belanov

İqor Belanovun 1986-da ''Qızıl top''a layiq olub-olmaması çox müzakirə olunub. Həmin il o, Kiyev ''Dinamo''sunun lideri idi və Kuboklar Kubokunun qalibi olmuş, eləcə də mundialda Belçika ilə görüşdə het-trik etmişdi. Amma gəlin etiraf edək ki, Belanov həmin il hətta topla uçmağı bacarsaydı belə, yenə də ''Qızıl top'' Maradonaya verilməliydi. Sadəcə, o dönəmdə Avropa vətəndaşı olmayanlara bu mükafatı vermirdilər! Növbəti il həm Belanov, həm də ''Dinamo'' üçün çox bərbad keçdi. Komanda SSRİ çempionatını 6-cı yerdə başa vurdu. ''Dinamo'' ÇK-da yarımfinala qədər irəliləsə də, yolüstü heç bir güclü rəqiblə qarşılaşmadı. Belanov isə turnirdə cəmi 1 qol vurdu.

Kevin Kiqan

Kiqan ''Qızıl top''un ikiqat qalibidi və bu baxımdan ingilislər arasında rekordçudu. ''Hamburq''un heyətində xarüqələr yaradan Kiqan mükafatı 1978 və 1979-da qazanıb. Düzdü, ''dinozavrlar'' 1980-də də pis çıxış etməyərək ÇL-nın finalına qədər irəlilədilər. Yolüstü ''Real''ı darmadağın edən komanda finalda minimal hesabla ''Nottingem Forest''ə uduzdu. Amma finala gedən yolda Kiqan, demək olar, heç nə ilə yadda qalmadı və yalnız Tbilisi ''Dinamo''suna 2 qol vurmaqla kifayətləndi. ''Hamburq'' bundesliqada da çempion ola bilmədi. Kiqan bombardirlər arasına düşməyi bacarmadı. Bu üzdən onun adının namizədlər arasında olmaması başadüşüləndi. Həmin il Kiqan hamını şoka salaraq ''Sauthempton''un təklifini qəbul etdi.

Frants Bekkenbauer

Tarixin ən yaxşı müdafiəçilərindən olan Bekkenbauer 1970-lərdə ''Qızıl top'' uğrunda Yohan Kroyffla mübarizə aparırdı. DÇ-1972-də AFR finalda məhz Kroyfflu Niderlandı məğlub edincə Bekkenbauer ilin oyunçusu seçildi. 1976-da ''Bavariya''nın Avropada “at oynatması” hesabına Frants 2-ci dəfə ''Qızıl top'' qazandı. Amma 1977-də onun adı namizədlər sırasına düşmədi. Çünki ''Bavariya'' ilə heç nə qazana bilmədi. Həmin il 32 yaşlı Bekkenbauer 13 illik ''Bavariya'' macərasını başa vuraraq ABŞ-a yollandı.

Luka Modriç

Bu hadisəni çoxları gözəl xatırlayır. Modriçin 2018-də ''Qızıl top''u qazanması böyük söz-söhbətə səbəb oldu. Amma həmin il o, həm ÇL-i qazanmış, həm də mundialın finalında oynamışdı. 2019-u isə Modriç də, ''Real'' da çox bərbad keçirdi. Kriştiano Ronaldonun və Zinəddin Zidanın ayrılmasından sonra Madrid nəhəngi qeyri-sabit oynayaraq ÇL-də mübarizəni artıq 1/8 finalda dayandırdı. Komanda bir neçə antirekordunu yenilədi. Həmin il namizədlər arasına ''Real''dan yalnız Kərim Benzema düşdü. Düzdü, Eden Azar da var idi. Amma o, komandaya yalnız 2019-un yayında gəlmişdi.

Alfredo Di Stefano

Bu çox qəribə və məzəli bir olaydı. ''Qızıl top''un verildiyi ilk illərdə bir futbolçunun onu ardıcıl iki dəfə qazanmaq haqqı yox idi! Ona görə də ''Real''ın Avropada “at oynatdığı” 1950-ci illərin ikinci yarısında ''torba-torba'' qol vuran Di Stefano mükafatı iki il dalbadal qazana bilməmişdi. 1957-də qazandıqdan sonra onun adı, təbii ki, 1958-də namizədlər arasına düşmədi. 1959-da ona yenə ''Qızıl top'' verildi. Əsas odu 2 il dalbadal verilməyib! Bu absurd qərar bir neçə ildən sonra ləğv olundu. ''Qızıl top''u ardıcıl iki dəfə qazanan ilk futbolçu Yohan Kroyff (1973, 1974) oldu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-08-2022, 20:0

''Qızıl top''a namizədlərin siyahısı açıqlandı, Messi…

Aktual
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
Son xəbərlər
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 229
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə