Qallianidən maraqlı təklif

16.08.2022 22:40 342
Dünya futbolu
Adriano Qalliani maraqlı təkliflə çıxış edib.

“Montsa”nın baş direktoru Avropa Superliqası ideyasını dəstəkləyir. Bilindiyi kimi ötən ilin aprelində qitənin 12 klubu eyniadlı turnirin təsis olunduğunu bəyan etmişdilər.

Lakin əsasən İngiltərənin 6 klubunun layihədən geri çəkilməsi yeni yarışın reallaşmasını qeyri-mümkün etmişdi. Vaxtilə uzun illər “Milan”da baş direktor vəzifəsini icra edən Qalliani Superliqanı İngiltərə klubları olmadan da yaratmağın mümkünlüyünü deyir:
“İngiltərə premyer-liqasının iştirakçıları A seriyası klubları ilə müqayisədə 4 dəfə çox qazanırlar. “Montsa” teleyayım hüququnun satışından 33 milyon avro alacaq, bunun 3 milyonunu B seriyasına verməliyik. Premyer-liqaya yenicə çıxan klub 160 milyon avro qazanır. Biz “Nottingem Forest” ilə necə rəqabət aparaq? Mən dünya iqtisadiyyatında mövcud olan belə tendensiyanın qarşısını necə alım? Breksit futbolda da mövcud olmalıdı: mən ingilislərsiz Avropa Superliqasının yaradılmasını təklif edirəm”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul