"Barselona"nın hədəfindəki müdafiəçilər

15.08.2022 18:55 354
Dünya futbolu
Yay transfer pəncərəsində aktiv olan "Barselona" daha bir futbolçunu heyətinə qatmaq niyyətindədi.

Football-plus.az
xəbər verir ki, kataloniyalılar yeni müdafiəçi almaq istəyir. Klub bir neçə variantı nəzərdən keçirir. Bunlar "Mançester Yunayted"in oyunçuları - Dieqo Dalo və Aaron Van-Bissakadı. Həmçinin, Tomas Menye (“Borussiya” D), Xuan Foyt (“Vilyarreal”) və Ceremi Frimponq (“Bayer”) da "qırmızı-göylər"in maraq dairəsindədi.