"Cavab oyununda böyük ölçüdə bizdən üstün oynadılar" - "Ferentsvaroş"un futbolçusu

11.08.2022 14:13 345
Çempionlar Liqası
"Ferentsvaroş"un futbolçusu Dibus Deneş Macarıstan mətbuatına açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, qolkiper Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a məğlub olduqları oyunla bağlı danışıb:

"Qarabağ" oyuna sürətli başladı. Hücumçuları bizim müdafiədəki oyunçularımıza problem yaratdı. Ordan çıxa bilmirdik. Hücumlarına görə, topa sahib olub, düşündüyümüzü edə bilmirdik. "Qarabağ" bizi təzyiq altında saxlamağı bacardı. Bu da səhvlərə səbəb oldu. İlk matçda "Qarabağ" qismən uğurlu idi, lakin cavab oyununda böyük ölçüdə bizdən üstün oynadılar".


“Qarabağ” iki oyunun nəticəsinə görə (1:1, 3:1) Macarıstan klubunu mübarizədən kənarlaşdırıb. “Atlılar” pley-offda Çexiya “Viktoriya”sı ilə üz-üzə gələcək.