Kadi Borges bu göstəricidə birincidi - Çempionlar Liqası

10.08.2022 11:58 580
Çempionlar Liqası
"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunu mübarizədən kənarlaşdırıb.

"Football-plus.az" xəbər verir ki, 3:1 hesabıyla başa çatan cavab oyununda bir məhsuldar ötürmə ilə yadda qalan Kadi Borqes təsnifat mərhələlərində ən çox assist edən oyunçudur. Braziliyalı yarımmüdafiəçi 3 qol ötürməsi ilə ilk sıradadı.

Kadi bu mövsüm turnirdə 4 qola da imza atıb.

"Qarabağ" pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq.