"Arsenal" "Vilyareal"ın futbolçusu üçün 45 milyon avro verməyə hazırdı

11.08.2022 12:29 325
Dünya futbolu
"Arsenal" "Vilyarreal"ın hücumçusu Yeremi Pino ilə maraqlanır.

"Football-plus.az" "Goal"a istinadən xəbər verir ki, "Vilyarreal" 19 yaşlı ispaniyalını 45 milyon avroya satmağa razı olacaq. "Arsenal" bu məbləği ödəməyə hazırdı.

Pino ötən mövsüm “Vilyarreal”ın heyətində 40 oyunda 7 qol vurub.