Güləşçilərimizdən 7 medal

30.03.2022 22:30 462
İdman
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında sərbəst güləşçilər yarışı ümumilikdə 7 medalla başa vurublar.

Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıblar.