"Sabah"dan növbəti transfer

10.07.2022 10:07 484
Premyer-liqa
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. İspaniyalı müdafiəçi Con İrasabal bundan sonra komandamızın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti 1+2 ildi. İrasabal karyerası ərzində İspaniyanın “Vitoria” (2017-2018), “Mirandes” (2018-2020), “Lexona” (2019-2020) və “Amorebieta” (2020-2022) klublarında çıxış edib.
Con “Sabah”da 19 nömrəli formanı geyəcək.