Nazarov oynadı, komandası qalib gəldi

17.04.2022 20:07 578
Ölkə futbolu
Almaniya 2-ci liqasında 30-cu turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge Aue" səfərdə "Haydenhaym"lə üz-üzə gəlib və matçdan 2:0 hesablı qələbə ilə ayrılıb.

Millimizin üzvü mübarizəyə ilk "11-lik"də başlayıb və sonadək meydanda olub.