Millimizin baş məşqçisi Azərbaycan səfirliyinə hücumla bağlı paylaşım etdi

5.08.2022 12:55 405
İdman
Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani ölkə idmançılarına çağırış edib.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı güləşçi bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib. Nəzəriani postunda bunları yazıb:

“Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şübhəsiz ki, bu hücum cəzasız qalmayacaq”.


İdmançı həmçinin Azərbaycan idmançılarının bayraqla olan şəkillərini paylaşaraq, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıb.

Oyan fikirlərini Bəxtiyar Vahabzadənin “Bayraq” şeirindəki misralarla tamamlayıb:

"Bayraq mənliyimdi, bayraq kimliyim

Bayraq öz yurduma öz hakimliyim".