"Neftçi"dən ayrılan futbolçu Türkiyə klubunda məşqlərə başladı

24.06.2022 10:14 420
Dünya futbolu
Mərt Çəlik "İstanbul BB"də məşqlərə başlayıb.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi dünən "bayquşlar"ın hazırlıqlarına qoşulub. 22 yaşlı futbolçunun gələcəyi hələ bəlli deyil. İstanbul təmsilçisinin onu yenidən icarəyə verəcəyi gözlənilir.

Qeyd edək ki, Mərt Çəlik 2020-nin yayından "Neftçi"də çıxış edir.