"Qobustan"ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

1.08.2022 11:32 601
Ölkə futbolu
Region Liqasında çıxış edən "Qobustan" növbəti mövsümün hazırlıqlarına başlayıb.

Football-plus.az
xəbər verir ki, cənub təmsilçisi yeni baş məşqçi ilə müqavilə imzalayıb. Ötən mövsüm "Ağsu Siti"nin uğurları üçün çalışan Samir İsayev "Qobustan"la razılaşıb.

Qeyd edək ki, gənc məşqçi ilə klubun prezidenti Rüfət Kərimov arasında dünən rəsmi müqavilə imzalanıb.