"Yuventus" futbolçusunu satdı

4.07.2022 23:40 483
Dünya futbolu
"Yuventus"un yarımmüdafiəçisi Rolando Mandraqora "Fiorentina"ya keçib.

"Football-plus.az" Turin təmsilçisinin saytına istiandən xəbər verir ki, klub italiyalı yarımmüdafiəçi üçün 8,2 milyon avro alacaq. Məbləğ üç mövsüm ərzində ödəniləcək.

Qeyd edək ki, Mandraqora ötən mövsüm icarə əsasında "Torino"da çıxış edib.