PSJ qapıçısını “Nitsa”ya satdı

2.06.2022 23:00 541
Dünya futbolu
Martsin Bulka PSJ-ni birdəfəlik tərk edib.

Paris klubu onu “Nitsa”ya satıb. Polşalı qapıçı son mövsümü icarə əsasında keçirdiyi nitsalılara 2 milyon avroya başa gəlib. Bulka mövsüm ərzində Liqa 1-də 1, Fransa kubokunda isə 5 oyun keçirib.