"Qarabağ"ın rəqibinin baş məşqçisindən Çempionlar Liqası ilə bağlı maraqlı təklif

31.07.2022 10:31 7 911
Manşet / Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Ferensvaroş"un baş məşqçisi olan Stanislav Çerçesov turnirin hazırkı formatını tənqid edib.

Football-plus.az
xəbər verir ki, rusiyalı çalışdırıcısı Avropanın ən maraqlı klub yarışının adının dəyişdirilməsini təklif edib.

Məlumatı "SVPressa" nəşri yayıb. 58 yaşlı mütəxəssisin fikirlərini təqdim edirik:

“Düşünürəm ki, Çempionlar Liqasını başqa cür adlandırmağın vaxtı çatıb. Biz çempionuq. Bununla belə, öz ölkəsində beşinci və ya altıncı yerləri tutanlar artıq turnirin qrupunda yerini təmin edib. Bizim üçün isə hələ qarşıda çox rəqiblər var. Əvvəllər asan idi. Amma indi? Ölkə çempionu üçün hətta Konfrans Liqası da təmin edilmir. Bu normaldı?"