Çempionlar Liqasında ilk oyunlar keçirildi

22.06.2022 09:09 1 048
Çempionlar Liqası
Çempionlar Liqasında 2022/2023 mövsümünə start verilib.

"Football-plus.az" xəbər verir ki, ilkin təsnifat mərhələsinin ilk yarımfinalında San Marinonun “La Fiorita” və Andorranın “İnter” komandaları qarşılaşıb. Görüş "İnter"in qələbəsi ilə başa çatıb - 2:1.
Yarımfinalın digər görüşündə Estoniya "Levadiya"sı İslandiyanın "Vikinqur" komandasına uduzub - 1:6.

"İnter" və "Vikinqur" arasında final görüşü keçiriləcək. Qalib Çempionlar Liqasının I təsnifat mərhələsində çıxış edəcək. Komandanın rəqibi İsveç "Malmö"sü olacaq.

UEFA Çempionlar Liqası
İlkin mərhələ, yarımfinal

21 iyun

La Fiorita (San Marino) – İnter (Andorra) 1:2
Levadiya (Estoniya) – Vikinqur (İslandiya) 1:6