Camal “Səbail”ə təşəkkür etdi

30.07.2022 19:02 372
Dünya futbolu
Bu yay "Səbail"dən ayrılan Camal Araqonun yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, qanalı müdafiəçi karyerasını Səudiyyə Ərəbistanı "Ohod"unda davam etdirəcək. O artıq yeni klubunda ictimaiyyətə təqdim olunub. Araqo "instaqram" hesabında keçidi ilə bağlı paylaşım da edib:

"Sabiq klubum “Səbail”ə və Azərbaycan futbol ailəsinə dərin təşəkkürümü bildirirəm. Bu gün karyeramda yeni addım atıram, yeni evim olacaq. Səudiyyə Ərəbistanının “Ohod” klubunun bir hissəsi olduğumu elan etməkdən məmnunam. Mənə göstərilən sevgiyə görə də təşəkkür edirəm".


Araqo 2021-ci ildən “Səbail”də oynayırdı. Klub onunla müddəti iyunda başa çatan müqaviləni yeniləməmişdi.