Bildiyiniz kimi, "Neftçi" ilə "Liv Bona Dear Hospital" arasında sponsorluq müqaviləsi imzalanıb.
Football-plus.az xəbər verir ki, mərasimdən öncə çıxış edən kompaniyanın baş direktoru Taner Özbek Türkiyənin ən böyük tibb müəssisəsi olduqlarını bildirdi:
"İlk olaraq Azərbaycanın ən köklü klublarından biri olan "Neftçi" ilə müqavilə imzaladıq. Hər durumda onların yanında olacağıq. Klub rəhbərliyinə təşəkkür edirəm. Məqsədimiz bütün müalicələrin burada olmasıdı. Amma bəzi hallarda kiminsə sağlamlığını riskə atmayacağıq. Azərbaycanda da futbolçuların əməliyyatı üçün şərait var".