Bildiyiniz kimi, "Neftçi" ilə "Liv Bona Dear Hospital" arasında sponsorluq müqaviləsi imzalanıb.
Football-plus.az xəbər verir ki, mərasimdən öncə çıxış edən flaqmanın prezidenti Kamran Quliyev yeni sponsorla əməkdaşlıqdan məmnunluğunu bildirib:
"Türkiyədən gələn qonaqları salamlayıram. Danışıqlardan sonra uğurlu nəticə oldu. Türkiyənin tibb sektorunda ən tanınmış markalarından biri ilə əməkdaşlığa başlayırıq. Bu müqaviləni imzalamaq bizim üçün şərəflidi. "Neftçi" həmişə bu məsələrdə öndə gedən klub olub. Digər məşhur markalarla da sözləşmə imzalamışıq. Tibb sektorunda da məşhur qurumla ilk müqaviləni biz bağladıq. Klubumuz ənənəyə sadiq olaraq portnyorlar şəbəkəsini genişləndirir. Bu günə kimi Türkiyə və Azərbaycanın məşhur markaları ilə işbirliyi içindəyik. Bu ənənəni davam etdiririk. Bu gün də Türkiyənin tibb sektorunda ən tanınmış markalarından biri olan "Liv Hospital"la əməkdaşlıq müqaviləsi imzaladıq""Neftçi" ailəsinə xoş gəldiniz".