"Sabah" futbolçusunu icarəyə verdi

21.07.2022 23:15 358
Premyer-liqa
“Sabah” və Belarusun “Dinamo” (Minsk) klubları arasında müdafiəçi Hiqor Qabrielin icarəyə verilməsi ilə bağlı razılıq əldə olunub.

Football-plus.az
xəbər verir ki, müqaviləyə əsasən, braziliyalı müdafiəçi bu ilin noyabr ayına kimi Minsk təmsilçisində çıxış edəcək.

23 yaşlı futbolçu 2022-ci ilin fevralından "Sabah"da çıxış edir.