İkiqat dünya çempionu builki çıxışı ilə hamını heyrətləndirir.
40 yaşlı sürücü həm sıralanma, həm də yarış tempinə görə sözün əsl mənasında qocalıqda yorğalıq edir. İspaniyalı sürücü bu il daha çox xal yığa bilərdi, amma mexaniki problemlərə görə bir neçə dəfə mübarizəni vaxtından əvvəl dayandırmalı olub:
“Qazanmaq və podium uğrunda mübarizə aparmaq üçün darıxıram. Amma eyni zamanda əylənirəm, çünki özünüzə qarşı yarışırsız. Hazırda 2019-cu ilə nisbətən yaxşı vəziyyətdəyəm. Ötən il də performansım yaxşı olsa da, yüzfaizlik deyildi. Bu il isə yüzfaizlik səviyyəmdə performans göstərə bilirəm. Gözlənilməz şeylər edə bilərəm. Karyeram ərzində ən güclü tərəfim bu olub. Bu il o səviyyəyə qayıtmışam”.