“Formula-1”də yaxşı adamlar qabağa gedə bilmir”

10.06.2022 12:49 466
İdman
“Formula-1” üzrə 1980-ci ilin dünya çempionu Alan Cons düşünür ki, Daniel Rikkyardonun “Maklaren” karyerasının bitməsinə az qalıb.

"Football-plus.az" xəbər verir ki, avstraliyalı sürücü “Maklaren”də istənilən kimi çıxış etmir. Hesabında cəmi 11 xal olan Rikkyardo Yuki Sunoda ilə 11-12-ci yerləri bölüşür. Komandanın rəhbəri Zek Braun uğursuzluqdan təngə gəlib və artıq sürücünü açıq formada tənqid edir. Alan Consun bu məsələ ilə bağlı fikirləri:

“Danielin “Maklaren”dəki gələcəyi hazırda şübhə altındadı. Performansını yaxşılaşdırmasa, orda uzun müddət qala bilməyəcək. O, əla sürücüdü və yaxşı insandı. Ancaq hamımız bilirik ki, yaxşı insanlar “Formula-1”də uğurlu olmurlar. Nə qədər keyfiyyətsiz adam olsaz, “Formula-1” üçün o qədər yaxşıdı. Tarixdə də bunu təsdiqləyən nümunələr var”.