• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rusiya ilə Qazaxıstan Rıbakinanın qələbəsini bölə bilmir

İdman

17-07-2022, 11:0

“Hazır məhsul olduğum haqda deyilənlərlə razı deyiləm”
Postsovet məkanının iki böyük ölkəsi – Rusiya ilə Qazaxıstan arasında ilin əvvəlindən bəri soyuq küləklər əsir. Yanvarda yaşanan iğtişaşların ardından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunlarının ölkə ərazisinə daxil olması ilə bağlı yaranan gərginlik, Rusiyanın bir neçə gün əvvəl Qazaxıstan neftinin dünya bazarına çıxmasına yaratdığı əngəllər azmış kimi, indi də Yelena Rıbakinanın personası münaqişə obyektidi. İş ondadı ki, Uimbldon turnirində qalib gələn Qazaxıstan təmsilçisi Nur-Sultanda keçirdiyi mətbuat konfransında bu mövzuda diskussiyalar üçün yeni material verib. Moskva doğumlu 23 yaşlı tennisçinin sensasion qələbəsindən sonra bir çox rusiyalı bu uğura şərik çıxmaq istəyib. Amma bu cəhd Yelananın 2018-in iyunundan bəri təmsil etdiyi Qazaxıstanda qısqanclıqla qarşılanıb. Və Rıbakinanın Londonda qalib gələndən, Hamburq turnirindən çəkiləndən dərhal sonra Moskvadakı valideynlərinin yanına yox, Qazaxıstan paytaxtına uçması da bu mübahisədə vacib nüansdı.
Yelena mətbuat konfransında Qazaxıstan pasportunu göstərməklə Rusiya vətəndaşlığının da olması ilə bağlı bütün suallara son qoydu. Qazaxıstan qanunlarına görə, bu ölkənin vətəndaşları ikili və ya ikinci vətəndaşlığa malik ola bilməz. Qazaxıstan Tennis Federasiyasının vitse-prezidenti Yuri Polski bir neçə gün əvvəl Yelenanın yerli vergi rezidenti olduğunu bildirmişdi. Bu açıqlama Britaniya hakimiyyət orqanlarının tennisçinin Uimbldon turnirində qazandığı mükafatın bir hissəsinin Rusiya büdcəsinə gedəcəyi ilə bağlı narahatlığına cavab idi. Axı Rusiya təmsilçiləri bu nüfuzlu turnirə buraxılmamışdı.
Diskussiyanın əsasını Tarpişev qoyub
Bu mövzuda diskussiyanın əsasını hələ final görüşündən əvvəl Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişev qoyub. Onun “Novosti” informasiya agentliyinə müsahibədə dedikləri: “Rıbakina bizim məhsuldu. Əlbəttə, onun qələbələr qazanması xoşdu. Finalda ona azarkeşlik etməyimiz təbiidi. Hansısa məqamda maliyyə məsələsi həll olunurdu, Yelenanın Qazaxıstanda bu planda vəziyyəti yaxşıdı. Hər kəs seçim etməkdə azaddı”.
Tarpişev bəlkə özü də istəmədən qazaxıstanlı həmkarlarının xətrinə dəymişdi ki, yuxarıda adını çəkdiyimiz Polskinin cavabı gecikmədi: “Məhsul” terminindən istifadəni yersiz sayıram. Ona görə ki, biz zavodda surəti çıxarılmayan şəxsiyyətdən danışırıq. Burda düzgün yanaşma seçmək lazımdı. Məşqçilər və hətta federasiya prezidenti şəxsən bu işlə çox məşğul olub. Yelena özü, həmçinin valideynləri böyük iş görüb. Rusiya Tennis Federasiyasının xidməti bu mənada minimaldı, hərçənd Rusiyadakı rəqabət mühiti, sözsüz, ilk mərhələlərdə müəyyən rol oynayıb”.
Tarpişev bu mübahisəni championat.com saytına verdiyi açıqlamada davam etdirdi: “Yelena 6 yaşından 18 yaşına qədər bizdə məşğul olub. Hansı minimal xidmətdən söhbət gedir? Qazaxıstanın əməyini kiçiltmirəm, ancaq o, bizim məktəbin məhsuludu. Bizdə keçirdiyi 12 il olmasaydı, necə olacaqdı? Aydındı ki, bizim məktəbin məhsuludu. Heç kim bunu inkar edə bilməz. Maliyyə imkanlarımız yetərli olsaydı, bəlkə də getməyəcəkdi. Qazaxıstanın xeyrinə seçim etməsi yaxşı şərait axtarışıdı, başqa bir şey deyil. Bu həm də bizim tennisin qələbəsidi. Zamanında Qazaxıstana 3-cü heyətimizi verməsəydik, həmin tennisçilərin varlığından kimsə xəbər tutmayacaqdı, onlar maliyyələşdirə bilmirdik. Yəni biz bu tennisçilərin idman həyatını uzatdıq. Qazaxıstan isə onların çiyinləri üzərində tennis təsərrüfatı qurdu”.
Kafelnikov nə dedi?
Yelena da diskussiyaya qoşulmalı oldu: “Mən ilk növbədə yeniyetmə idim, “hazır məhsul” adlandırmaq olmaz, ona görə ki, yeniyetməlikdən böyüklər arasına, peşəkar səviyyəyə keçid çox mürəkkəbdi. Bu üzdən belə ifadə ilə, əlbəttə, razı deyiləm. Bununla yanaşı, ətrafında yaxşı komanda olmalıdı, ümumiyyətlə, hər kəs peşəkar səviyyədə davam edə bilmir, zirvəni isə tək-tük adam fəth edir”.
Rıbakina Qazaxıstan tarixində ilk “Böyük dəbilqə” qalibi olandan sonra vətənində 2-ci dərəcəli “Dostluq” ordeni ilə təltif olunub. Qazaxıstan hökuməti ilə görüşdə isə idmançı bəyan edib ki, mükafat fondunun bir hissəsini gənc qazaxıstanlı tennisçiləri dəstəkləməyə yönəldəcək. Sosial şəbəkələrdə “Uimbldon”un qalibinin qazax kökləri ilə bağlı müxtəlif zarafatlar yer alır. Dünyanın sabiq bir nömrəli raketkası Yevgeni Kafelnikov da bu məsələyə ironiya ilə yanaşıb: “İstifadəyə yararlı məhsulu istehsalçıdan almaq üçün böyük ağıl tələb olunmur, xüsusən də alanın pulu çoxdusa! Qazaxıstana inkişaf etmək üçün vəsaiti olmayan, 10-12 yaş arası onlarla istedad məsləhət görə bilərəm. Dərhal hər şey öz yerini tutacaq. Qazaxıstanda yerli sistemin yetişdirə biləcəyi bir oyunçu da yoxdu və bu faktdı”.
Düzdü, rusiyalı veteran tennisçi TASS-a müsahibəsində bu mövzuda bir qədər diplomatik tərzdə danışıb: “İndiki halda hər iki tərəfin əməyini qeyd etmək lazımdı. Sözsüz, Yelena tennisdə ilk addımları Rusiyada atıb, məhz burda ona topu torun üzərindən vurmağı öyrədiblər. Ancaq iş gəlib maliyyə məsələsinə çıxanda Qazaxıstan Tennis Federasiyası ona yardım edib, bunu inkar etmək olmaz. Bu üzdən həm Rusiya, həm də Qazaxıstan tərəfinin bu uğura eyni dərəcədə aidiyyatı var”.
ORXAN

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

2-06-2022, 12:0

"Qazaxıstan qollar vuracaq" - AÇIQLAMA

Aktual

6-04-2022, 20:0

Qazaxıstan millisində erməni məşqçi

Yığma / Dünya futbolu

31-05-2022, 10:0

Millimizin rəqibindən qələbə

Aktual
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
Son xəbərlər
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 166
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə