Rüdigerin yolu İspaniya paytaxtınadı

13.05.2022 12:50 436
Dünya futbolu
“Çelsi”ni azad agent kimi tərk edəcəyi məlum olan Antonio Rüdigerin yolu İspaniya paytaxtınadı.

"Football-plus.az" xəbər verir ki, o, artıq “Real” üçün tibbi baxışdan keçib.

İngiltərə klubu ilə müqaviləsini yeniləmək istəməyən almaniyalı müdafiəçi madridlilərlə 4 illik müqaviləyə razılıq verib. Bunu iddia edən “Athletic” nəşri onun yeni iş yerində ilə təxminən 9-10 milyon avro məvacib alacağını da xəbər verib.

“Real” rəhbərliyi onunla anlaşmaya satış qiyməti kimi 400 milyon avro yazmağı lazım bilib. “Çelsi”də 2017-ci ildən çıxış edən Antonionun transferi ilə bağlı rəsmi məlumatın mayın 28-nə təyin olunan Çempionlar Liqasının “Liverpul”la final oyunundan sonra yayılması gözlənilir.