Avropa çempionatı Bakıda keçiriləcək

16.07.2022 14:47 343
İdman
Bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək.

Football-plus.az xəbər verir ki, məlumatı Avropa Gimnastikasının mətbuat xidməti yayıb. Belə ki, turnir Moskvadan alınaraq Bakıya verilib.

Avropa çempionatı 2023-cü il 17-21 may tarixlərində Azərbaycanın paytaxtında baş tutacaq.

Qeyd edək ki, Ukraynada baş verən hadisələrlə əlaqədar Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarus idmançılarının qurumun himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.