Çempion məşqçi ilə müqavilə yeniləndi

14.07.2022 19:54
Dünya futbolu
Sergey Semak “Zenit”i daha bir neçə il çalışdıracaq.

Football-plus.az xəbər verir ki, rəhbərlik onunla müqavilənin müddətini 3 illiyə artırıb.

Semak komandaya 2018-ci ildə təyinat alıb. Rusiyanın son çempionu olan “Zenit” onun başçılığı altında 8 titul qazanıb.